Biznes Plan Hazırlanması, Biznes Plan Nədir? Nə Üçün və Necə Hazırlanır?
Biznes plan hazırlanması xidməti üçün müvafiq əlaqə vasitələrilə bizə müraciət…
Bizə Zəng Edin:
(+994) 50 431 77 77
Bizə Email Göndərin:
Ofisimizi Ziyarət Edin:
Bakı, Mətbuat Prospekti
Peşəkar veb saytların hazırlanması sizin hədəf kütlənizə çatmağınız, müştəri əldə etməyiniz, onları əldə saxlamağınız və qazancınızı artırmağımız üçün ilk addımlardandır.
Interactive Media-nın peşəkar əməkdaşları sizə bu yolda yaxından köməklik göstərməyə hazırdır. Göstərdiyimiz saytların hazırlanması, SEO, SMM və s. xidmətlərdə sizə öz sahəsində istər nəzəri, istər praktiki olaraq ixtisaslaşmış peşəkarlar xidmət göstərəcək. Bu, sizin saytınızın fəaliyyət sahənizə uyğun funksionallıqla və kreativ dizaynla təmin olunması, axtarışlarda insanların qarşısına çıxaraq varlığınızın göstərilməsi və sosial mediada hədəf auditoriyanızla maraqlı və produktiv kommunikasiya deməkdir.
Onlayn və ya oflayn olmasından asılı olmayaraq artıq əksər bizneslər öz mövcudluğunu...
Google axtarış sistemi üzrə dünyada ən çox bazar payı olan şirkətdir...
Axtarış sistemlərində optimizasiya (SEO – Search Engine Optimization) saytınızın reytinqinin...
YouTube dünyanın Google-dan sonra ən çox istifadə olunan veb saytıdır. Artıq dünyanın...
Onlayn banner reklamları və ya display advertising (təsviri reklam) müxtəlif...
Amerikan Mobil Marketinq Təşkilatının (Mobile Marketing Association) verdiyi tərifə görə...
Müasir dövrdə video roliklər onlayn marketinqin önəmli hissələrindən birinə çevrilmişdir...
Daha kreativ veb sayt hazırlanması və daha əlverişli web dizaynı, digər ifadə ilə rahat usibility daha çox istifadəçi məmnuniyyətinə səbəb olur. Web saytlarin hazirlanmasi zamanı daha yaxşı sayt məzmunu isə potensial müştərilər ilə daha uzun söhbət deməkdir. Söhbətin axıcılığı, müddəti isə müştərinin sizə olan inamını və güvənini əks etdirir. Bütün bunlar sizin saytınızı internet üzərində daha yararlı, daha peşəkar, bir sözlə daha peşəkar veb sayt edir.
Bizim iş prinsipimiz, missiyamız haqda ətraflı öyrənmək üçün aşağıda sol, internet saytların hazırlanması xidməti haqqında məlumatlanmaq üçün isə sağ düyməni klikləyin.
Qarşısına müştərilərini ən son texnologiya ilə digital dünyada böyük nailiyyətlərə çatdırmağı məqsəd qoymuş Interactive Media onlayn marketinq sahəsində yüksək dərəcədə ixtisaslaşmış bir şirkətdir. Müştərilərimizin onlayn kampaniyalarını idarə edən əməkdaşlarımız Avropada və başqa xarici ölkələrdə saytlarin hazirlanmasi və digər digital marketinq sahəsində iş təcrübələri toplamış və xidmət göstərdikləri ayrı-ayrı reklamlar üzrə sertifikatlı peşəkarlardan ibarətdir. Məqsədimiz bu sahədə Azərbaycanın ən güclü şirkəti olub yerli və xarici müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Interactive Media-nın xidmətləri və işləri haqda vizual və ətraflı məlumat üçün sağdakı video rolikə klikləyə bilərsiniz.
1. Sayt sifarişi təklifi
2. Sayt hazırlanmasının başlanması
3. Saytın performansının ölçülməsi
4. Saytın optimallaşdırılması
Start working with an company that can do provide every thing at you need to generate awareness, drive traffic, connect with
Start working with an company that can do provide every thing at you need to generate awareness, drive traffic, connect with
Start working with an company that can do provide every thing at you need to generate awareness, drive traffic, connect with
Biznes plan hazırlanması xidməti üçün müvafiq əlaqə vasitələrilə bizə müraciət…
Reklam insanları hər hansı bir məhsulu almağına və ya xidmətdən…
Reklam Agentliyi müştərinin reklam fəaliyyətini planlamaq, yaratmaq və idarə edilməsini…
Veb saytlarin hazirlanmasi üçün ilkin mərhələdə saytda göstərilməsi istənilən məlumatlar toplanmalıdı. Bu, saytın həm dizaynını, həm də funksionallığını müəyyən edəcək. Bu informasiyanın hazırlanması zamanı sayt sahibi saytda məhsul və ya xidmətinə dair hansı məlumatı vermək istəməyini dəqiqləşdirməli və xitab edəcəyi müştəri kütləsini müəyyənləşdirməlidir. Qeyd edilmiş hər iki nüans web sayt hazirlanmasi zamanı yaradılan veb saytın dizaynına və kontentin yazılış stilinə təsir edir. Bu nüansların saytın hazırlanması qiymətlərinə də təsiri vardır.
Saytdakı məlumatın miqdarına əsasən sayta şəkil, illustrasiya və ya CSS kodla stil verilir. Saytlarin hazirlanmasi zamanı veb saytın müştəri kontingentinə uyğun olaraq tekstlər yazılır. Burada auditoriyanın yaşı, danışdığı dil, və müştərinin məhsulu almaq istəyərkən göstərdiyi ehtiyatlılıq dərəcəsi mühüm rol oynaya bilər. Sonuncunu izah etməli olsaq, qeyd etmək olar ki, əgər potensial müştərinin saytın təklif etdiyi məhsulu alması onun həyatında mümhüm rol oynayarsa, o, daha ehtiyatlı davranaraq daha çox məlumat toplamağa çalışıb gec qərar verməsi böyük ehtimaldır. Belə olan halda web sayt hazirlanmasi zamanı məhsul haqda kifayət qədər geniş məlumat verilməli, sayt xidməti təşviq edirsə, görülmüş işlər göstərilməli, məhsulu özündə ehtiva edirsə, məmnun müştərilər və onların rəyləri bildirilə bilər. Əgər məhsul alıcının həyatında böyük rol oyanmırsa, bu zaman o, məhsulu alan zaman da çox vaxt xərcləməyəcək. Buna görə də məhsul haqda məlumatı qısa, aydın və lakonik olaraq saytda yerləşdirmək daha çox məsləhət görülür. Saytın hazırlanması prosesini həyata keçirən veb studiyolar bu nüansları hazırlanan veb saytda ya özləri tətqbiq etməli, ya da müştərini bunları implement etməsi üçün məlumatlandırmalıdırlar.
Veb saytlar müxtəlif kodlarla və müxtəlif platformalarda hazırlana bilər. Bu seçim veb saytın aid olduğu sahədən və ya istifadə şərtlərindən asılıdı. Bunun önəmi ondadır ki, saytın aid olduğu sferaya uyğun kod və ya platforma seçilə bilər və bu saytın hazırlanması üçün ayrılan büdcəyə (bu nüans veb saytların hazırlanması qiymətləri ilə də əlaqəlidir), belə web saytların yaradılması üçün həsr olunacaq vaxta və enerjiyə qənaet edə bilər. Sifarişçi informativ, yəni biznes haqda məlumat verən xarakteristikada bir sayt istəyərkən müəyyən CMS platformalarından istifadə etməklə vaxta və büdcəyə qənaət etmək olar. Məsələn, WordPress platforması dünyanın ən geniş istifadə olunan open source kod sistemidir.
Sözügedən platforma vasitəsilə dünyanın internet üzərində olan saytlarının 35%-dən çoxu hazırlanıb. Bu platformada saytin hazirlanmasi əsasən şirkətlərin korporativ veb saytları, bloq saytları və digər sadə və orta həcmli olarsa, həyata keçirilir. Bununla belə orta həcmli onlayn mağaza saytlarının da bu CMS növündə hazırlanma halları az deyil. Böyük onlayn mağaza saytları üçün ən uyğun Content Management Systemi isə OpenCart ilə veb sayt yaradılması sayılır. Bu open source program təminatı onlayn mağazalar üçün ixtisaslaşıb və bu sahədə çox geniş funksiyalara malikdir. Saytlarin hazirlanmasinda müxtəlif xüsusiyyətləri və üstünlükləri olan TYPO3, Joomla, Drupal kimi kod sistemləri də müxtəlif məqsədli saytlar üçün müxtəlif ölkələrdə böyük tələbə malikdir. Bunların birinin digərindən daha yaxşı olmasını demək çox çətindir, çünki, qeyd etdiyimiz kimi, hər biri fərqli sahə üçün daha spesifikdir. Content Management Sistemlərinin əsas özəlliyi odur ki, veb saytın backendi platforma tərəfindən təmin olunur və istifadəçiləri bir çox yararlı “tool” –larla təmin edir. Bu saytlarin hazirlanması xidməti ilə məşğul olan şirkət üçün daha az iş anlamına gəldiyi kimi eyni zamanda da sayt sifariş edən üçün də büdcəyə qənaət deməkdir.
Bundan başqa, sayt sahibi saytını gələcəkdə də xüsusi kod biliyi olmadan idarə edə, yeni məlumat əlavə edə və ya hər hansı kontenti dizaynı korlamadan silə bilər. Alternativ olaraq, veb saytlar php ilə də veb sayt hazırlayan şirkət tərəfindən hazırlana bilər. PHP ilə web saytların yaradılması zamanı Codelgniter və ya Laravel veb frameworkləri istifadə oluna bilər. Birinci platforma nisbətən sadə olub daha geniş yayılmışdırsa, laravel ilə son dərəcə təhlükəsizlyi önəmli olan proyektlər hazırlanır. Laravel saytların hazırlanması üçün dövlət orqanlarının rəsmi veb saytlarını nümunə göstərmək olar. Hər iki framework-də saytın backend-i sayt hazırlayan şirkət tərəfindən hazırlanır və daha çox iş və vaxt tələb olunur. Bu isə bu növ veb saytların qiymətinin daha yüksək olmasına səbəb olur. Belə saytları sıfırdan veb saytların yığılması kimi adlandırsalar da, frontend-i başqa bir dizayndan “copy-paste” edilmədiyi müddətcə hər bir sayt sıfırdan hazırlanmış sayılır. Frontend dizaynerlər çox yaxşı inkişaf etmiş zövqə malik olduqlarından bir çox sahələrə dair front dizayn hazırlayıb satışa çıxarırlar. Bu dizaynları alıb istifadə etmək, müəyyən dəyişikliklər etmək və ya tamamilə yeni (sıfırdan) dizayn hazırlamaq mümkündür. Bu, sifarişçi və icraçı arasında olan danışıqlardan asılıdır.
Bu prosesin ən önəmli nüanslarından birini də saytların hazırlanması qiymətləri təşkil edir. Web saytlarin hazirlanmasi qiymetleri onların funksionallığından, dizaynından və saytın hazırlanmasının kod sistemindən asılıdır. Əgər veb sayt hər hansı bir CMS ilə hazırlanırsa belə saytın qiyməti nisbətən daha ucuz olacaq, nəyinki eyni funksionallıqdakı bir veb sayt php-nin laravel frameword-ündə hazırlanarsa.
Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi fərqli kod sistemləri və framework-ləri biri digərindən daha yaxşı olması ilə deyil, fərqli sahələrə aid olan saytlar üçün daha çox funksionallıq verməsilə seçilir. Biz Interactive Media olaraq sizin biznesinizin tələbinə və büdcənizin həcminə uyğun istənilən formada keyfiyyətli veb saytlar hazırlayırıq.
Veb sayt hazırlanması zamanı önəmli faktorlardan biri də saytın usability-nin düzgün qurulmasıdır. Usability ingilis sözü olub istifadəyə yararlılıq anlamına gəlir. Web texnologiyalarında bu ifadə sayt ziyarətçilərinin saytı rahat istifadə edə bilmə dərəcəsinə deyilir. Bunun üçün sayt hazırlayan şirkətlər dizayna çox önəm verməlidir. Dizaynda kreativlik və sadəliyin vəhdəti olmalıdır.
Adətən, web sayt hazirlanmasi zamanı slayder cəlbedici şəkil ilə kiçik tekstlər yazılır. Bu mətnlər müştəriyə sayt sahibinin mesajını ötürür. Slayderin mahiyəti ondan ibarətdir ki, istifadəçini yormadan ona istənilən məlumat verilə bilsin.
Web saytlarin hazirlanmasi vaxtı ana səhifəsnin ilk görünən hissəsinə çoxlu mətnlər yerləşdirmək istifadəçini yorar və adətən onlar bu mətni oxumurlar. Ancaq şəkil və qısa informasiya saniyələr içində artıq istifadəçiyə hazirlanan saytın və ya biznesin nədən ibarət olmasını başa düşməsinə kömək edir. Daha sonra sayt xidmətlər və ya məhsulları haqda ümumi məlumat verir. Buradan saytın digər müvafiq bölmələrinə keçid edilə bilir. Keçid etməzdən əvvəl həmin səhifədə əgər xidmət sayt acmaq, seo xidməti, smm xidməti və s.-dan ibarətdirsə, bu xidmətlərə uyğun kiçik ikonlar, xidmətlərin adları və onlar haqda qısa məlumat verilə bilər. Xidmətlərdən sonra şirkət haqqına daha ətraflı məlumat verilir. Məsələn, biznes saytlarin hazirlanmasi xidməti təklif edirsə, veb saytların hansı kodlarla hazırladıqları, nə vaxt yarandıqları, hansı istiqamətdə inkişaf planları olması qeyd edilir. İstifadəçi bütün bunlar haqda məlumat aldıqdan sonra ona görülmüş işlərin göstərilməsi, əməkdaşlıq edilmiş şirkətlərin siyahısının açıqlanması məntiqə və istifadəçi psixologiyasına uyğundur. Əgər bunlardan sonra da istifadəçi əlaqə bölməsinə keçib biznes ilə əlaqə yaratmırsa, ya veb saytı tərk edəcək, ya da daha da əlavə məlumat olmaq istəyəcək. Bu halda, hazırda “web saytların hazırlanması zamanı önəmli olan nüansları” qeyd edtiyimiz tekstlər kimi informativ məlumatlar verilə bilər.
Veb saytın dizaynından başqa önəmli usability elementi saytın funksionallığının işləkliyinin daimi olmasıdır. Hazırlanmış veb saytın funksionallığı sayt sahibinə məyyən avantaj gətirsə də, məsələn, səbət və onlayn ödəniş sistemi, onların olması ancaq zəif işləməsi halında istifadəçi niyətindən geri dönə bilər və saytı tərk edərək həmin aksiyanı başqa veb saytda həyata keçirə bilər (məsələn, məhsulu almaqda imtina edir).
Saytda verilmiş məlumatın sadəliyi, asan başa düşülməsi də saytların kodlaşdırılmasında və kontentin yaradılmasında önəm verilməli nüansdır. Potensial müştəri məlumatı nə qədər tez başa düşərsə, müştəriyə çevrilmək ehtimalı o qədər artıq olur. Son olaraq, veb saytın sürəti saytın prestijini artırır, istifadəçinin veb saytdan çıxıb başqa saytlara baxmasının qarşısını alır. Interactive Media saytının yüklənməsinin sürətli olması bu məqsədə xidmət etməsi üçün həyata keçirilmişdir.
Veb saytların yığılması xidmətinin həyata keçirilməsi bir neçə prosesdən sonra baş verir. Bu preses müştərinin bizimlə əlaqə yaradaraq sayt yaratmaq istəyinin olduğunu bildirməsiylə başlayır. Təcrübəmizdən deyə bilərik ki, müştəri üçün əsas nüans sayt yaratma xidmətinin qiyməti və bu proyektin bizim tərəfimizdən uğurla həyata keçirilə bilinəcəyinə inamı önəmlidir. Sonuncu üçün müştərilərimiz narahat olmaya bilərlər. Bizim proqramistlərimiz istənilən funksionallıqda sayt hazırlamaq qabiliyyətindədirlər və əksər kod sistemləri ilə təcrübələri var. Bura php laravel saytların hazırlanması (Lunar Invest), php Yii (Trendex Karqo) saytlarin hazirlanmasi, php codelgniter (Caspian Legal Center) saytlarin hazirlanmasi, habelə müxtəlif CMS sistemləri ilə təcrübə, məsələn, OpenCart (Compusale Technologies) və CS-C (Gilan Textil, Gilan Holdinq) sayt hazırlanması, WordPress (Faw Azerbaijan, Cahan Motors) veb sayt hazırlanması kimi nümunələri göstərə bilərik.
Artıq təcrübəmizi əyani sübut etdiyimizə görə, saytın hazırlanmasının digər önəmli nüansına toxuna bilərik. Bu, veb saytın qiymətidir. Web saytların qiyməti onların hazırlanması üçün sərf olunan enerji ilə birbaşa bağlıdır. Bu enerji saytın strukturundan və hazırlanacaq kod sisteminin mürəkkəbliyindən asılıdır. Saytın hansı sistemdə hazırlanması qərarı isə veb saytın nə üçün hazırlanmasındın asılıdır. Bütün bunlara görə qiymət hesablanmadan öncə sifarişçi ilə ətraflı söhbət aparılmalı, saytın məqsədləri, funksionallıqları, təhlükəsizlik kriteriyaları və s. müzakirə edilməldir. Hazırlanacaq sayt haqda hər iki tərəfdə ətraflı təəssürat yarandıqdan sonra texniki tapşırıq hazırlanır və ona uyğun veb sayt qiyməti hesablanır. Bütün bunlardan qaynaqlanaraq Interactive Media ilə sayt yaratmaq prosesini aşağıdakı mərhələlərə bölmək olar:
Veb sayt hazırlanmasında ilk mərhələ sayt informasiyasının toplanmasıdır. Bu informasiya biznes sahəsində ətraflı məlumatı olan şəxslərin hədəf kütləsi haqda da məlumat əldə etməsindən ibarətdir. Birincisi, ona görə vacibdir ki, biznes haqda ətraflı məlumay hazırlanacaq saytın məlumatları deməkdir. İkincisinin önəmi isə hədəf kütləyə uyğun veb saytda düzəliş edilməsidir. Məsələn, hədəf kütlənin yaşının çox və ya az olması, sayt dizaynının kreativ və ya sadə olmasını müəyyən edə bilər.
Lazımi informasiyanını toplanmasından sonra sayt açmaq üçün növbəti addım olan saytın planlaşdırılması saytda olacaq informasiyanın düzülüşündən ibarətdir. Bu saytların hazırlanmasının bu mərhələsində sitemap hazırlanması önəmlidir. Mövzuların kateqoriyalaşdırılması və alt kateqoriyalaşdırılması istifadəçi rahatlığını nəzərə alaraq həyata keçiriliməlidir.
İnformasiyanın çertyoju çəkildikdən sonrakı mərhələ saytın dizaynının hazırlanmasıdır. Veb sayt dizaynı rəsmi, sadə, kreativ, interaktiv və s. formalarda ola bilər. Dizayn şirkətin korporativ stilinə uyğun olmalıdır. Şirkətin loqotipi və korporativ rəngi saytın dizaynı, xüsusən də rənglərini müyyən edir. Bu mərhələdə də biznes forması önəmlidir. Yəni biznesin nədən ibarət olması, nə təklif etməsi sayt hazirlanmasinin vacib nüanslarındandır. Bundan başqa bu etapda da həfə kütləni unutmaq olmaz. Hədəf kütlə haqqında məlumat olması onların hansı üslub naviqasiya sistemində daha yaxşı saytı idarə edə biləcəklərinə dair təsəvvür yaradır.
Web saytlarin hazirlanmasinda saytın kontenti çox həlledici ola bilir. Əvvələ, kontent sizin potensial müştərilərinizlə dialoqunuzdur. Və bu dialoqun yalnız uğurlu olması sizin potensial müştərinizi real müştəriyə çevirə bilər. Yəni, şirkət nə qədər öz biznesini hədəf kütləyə uyğun dildə çatdıra bilsə, bir o qədər də təklif olunan məhsul və ya xidmətin satılma ehtimalı vardır. Ancaq kontentin yeganə məqsədi satış deyil. Saytların yığılması zamanı lazımi informasiya ilə oxucunu məlumatlandırmaq oxucunun saytı digər yoldaşları ilə sosial mediada və ya digər platformalarda paylaşmasına səbəb ola bilər. Bu “word of mouth” reklam strategiyasını canlandıra bilər. Saytların hazırlanmasında kontentin digər önəmi axtarış sistemlərinin gözündə saytın daha reputasiyalı olması deməkdir. Bəllidir ki, axtarış sistemlərində önə çıxmaq (SEO xidməti) hər bir biznes üçün son dərəcə önəmli nüanslardandır. Saytın kontentinin geniş olması nəyinki axtarış sistemləri tərəfindən saytın birbaşa nüfuzunun qalxmasına səbəb olur, eyni zamanda daha uzun saytda qalan istifadəçi saytın həqiqətən yararlı olmasına dair axtarış sistemlərinə növbəti dəfə mesaj ötürür.
Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər.
Nəzərdə tutulmuş şəkildə sayt hazırlanmasından sonra veb saytda yuxarıda qeyd etdiyimiz kimi hansı boşluğun olub olmamasını yoxlamaq, hazırlanmış kod sistemlərinin düzgün işləməsindən əmin olmaq, veb saytın hər bir brauzerdə maneəsiz işləməsini test etmək üçün testing mərhələsi önəmlidir. Veb sayt bəzi brauzerlərdə işləyə bilər, digərlərində isə önəmli “usibility” problemləri ola bilər. Bu web saytlarin hazirlanmasinda kritik göstəricidir. Buna görə sayt hazırlanıb bitdikdən sonra hərtərəfli yoxlanış önəmlidir. Yoxlanılması ən vacib nüanslardan biri də o vaxt yaranır ki, veb sayt onlayn ödəniş qəbul edir. Burada sistem daha mürəkkıb olduğuna görə onlayn ödənişli veb saytları bir neçə həftə, hətta bir neçə ay nəzarətdə saxlamaq lazım gələ bilər.
Bütün yoxlanışlardan sonra veb saytı artıq onlayn etmək mümkünür. Onlayn olan veb saytlar testing mərhələsinin bütün etaplarını keçməlidir. Əks təqdirdə istifadəçilər hər hansı problemlə qarşılaşa bilər və onların neqativ fikirləri şirkətin brendinq fəaliyyətinə güclü zərər verə bilər. Sayt hazirlanmasinin testinq mərhələsi bitdikdən sonra veb sayt web serverə yerləşdirilir və son bir dəfə test edilir. Bundan sonra veb sayt yaradılması prosesi bitmiş sayılır və sayt istifadəçilərin öhdəliyinə verilir.
Veb sayt daimi nəzərdə saxlanılmalı olan bir onlayn varlıdır. Saytlarin hazirlanmasindan və saytın testinq mərhələsini uğurla keçməsindən sonra belə, ön görülə bilməyən problemlərə görə istifadəçilər saytda problemlə qarşılaşa bilərlər. Buna görə, ilkin addım kimi sayta onlayn çat yerləşdirilməsi yaxşı ideya ola bilər. Ancaq saytın problemlərinin həll edilməsi üçün bu problemlərin istifadəçilər tərəfindən bildirilməsini gözləmək düzgün olmazdı. Saytın işləkliyini daimi yoxlanması, sayt sahibi tərəfindən saytın sərbəst idarə edilməsinə imkan yaradılması, əlavə məlumatları yerləşdirilməsinin təmin edilməsi üçün sayta sayt hazırlayan şirkət tərəfindən texniki xidmət göstərilməsi vacibdir.