FAQ
- Home
- FAQ
Saytın hazırlanmasının qiyməti müxtəlif ola bilər. Standart qiymət demək çətindir. Qiymət saytın strukturundan, dizaynından, funksiyalarından və s. asılıdır. Telefon əlaqəsi zamanı sizdən yaradılacaq sayt haqqında məlumat aldıqdan sonra sizə təxmini qiymət demək mümkün ola bilər. Bu zaman sonradan qiymət artımı və bunun müştəridə neqativ fikir yaratması halından qaçmaq üçün qiymətlər mümkün qədər yüksək deyilir. Lakin daha dəqiq qiyməti görüşüb ətraflı müzakirədən sonra demək mümkündür. Ümumi qiymətə endirimi də ancaq qarşılıqlı müzakirədən sonra etmək olar.
Əgər saytınızın hostinqi tərəfimizdən təmin edilərsə, saytınızda yaranan problemləri və ya kiçik əlavə və ya düzəlişləri ödənişsiz həyata keçiririk. Əgər siz saytınıza mütəmadi olaraq əlavələr edirsinizsə, bu zaman razılaşma əsasında müəyyən sabit ödəniş təyin edilə bilər.
Sizin hər bir onlayn kanaldan müəyyən qədər faydalanmaq imkanınız var. Hansı kanala daha çox investisiya qoymaq qərarını sizin biznesinizin növü müəyyən edir. Biznesin növünü bilmək hədəf kütləsini müəyyənləşdirməyə kömək edir, bu isə öz növbəsində həmin kütlənin hansı platformada daha çox mövcud olmasının müəyyən edilməsinə şərait yaradır.
SEO, SEA (Search Engine Advertising), Facebook, YouTube, Instagram kimi kanalların hər biri biznesinizə müəyyən qədər kömək edə bilər. Biznesinizin növünə və sizin məqsədlərinizə əsasən bu kanal və platformaların biri digərindən daha effektli ola bilər. Lakin hər hansı birinin tamamilə lazımsız olması çox nadir hallarda baş verir.
SMM xidməti müştərinin istəyinə uyğun olaraq bir neçə formada ola bilər. Ödəniş xidmətin tərkibinə əsasən dəyişir. Ümumilikdə, SMM xidmətinə Facebook, Instagram, LinkedIn və s. hesabların tamamilə və ya qismən idarə edilməsi, sponsorlu reklam hesablarının yaradılması və idarəsi, professional video/foto çəkiliş (4K Full HD Camera), müxtəlif formatda video roliklərin hazırlanması, professional məqalələrin hazırlanması daxildir.