Azərbaycanın Kreativ

Rəqəmsal Marketinq Agentliyi

İnnovativ Həllər

Rəqəmsal Dünyada

Fərq Yaradan Həllər Təklif Edirik!

Yeni İmkanlar

Premium Veb Saytların Hazırlanması

Veb sayt hazırlanması sizin hədəf kütlənizə çatmağınız, müştəri əldə etməyiniz, onları əldə saxlamağınız və qazancınızı artırmağımız üçün ilk addımlardandır.

Videomuzu izləyin

7 + il

7 ildən artıq təcrübə

Müxtəlif sahələr üzrə kompleks rəqəmsal həllər hazırlamış, çoxsaylı layihələri uğurla həyata keçirmiş və davamlı inkişaf prinsipi ilə formalaşmış peşəkar iş təcrübəsi qazanmışıq.
250 + müştəri

Biz təklif edirik

Performans
Kreativlik
Arxitektura
Yenilik
Təhlükəsizlik
İnnovasiya
Təmiz kod
Usability
API dəstəyi
Miqyaslanma
Portfoliomuzdan

Seçilmiş İşlər

Həyata keçirdiyimiz layihələrin real nümunələrini, hər bir işdə tətbiq etdiyimiz texnoloji və dizayn yanaşmalarını, müştəri ehtiyaclarına uyğun hazırladığımız fərdi həlləri və əldə etdiyimiz funksional, vizual və biznes nəticələrini ətraflı şəkildə təqdim edirik.

Xidmətlər

Xidmətlər

1.

Veb Sayt Hazırlanması

Onlayn və ya oflayn olmasından asılı olmayaraq artıq əksər bizneslər öz mövcudluğunu internet üzərində möhkəmləndirirlər.

Daha ətraflı
  • Veb sayt
  • E-ticarət
  • Premium dizayn
2.

Mobil Tətbiq

İstənilən şirkət üçün onların müştərilərini, işçi heyətini və biznes proseslərini hədəf alan mobil tətbiqetmə hazırlanması mümkündür.

Daha ətraflı
  • Mobil tətbiq
  • Aplikasiya
  • Modern dizayn
3.

AI həlləri

Biznes proseslərini avtomatlaşdırmaq, qərarverməni optimallaşdırmaq və effektivliyi artırmaq üçün süni intellekt əsaslı həllər hazırlayırıq və inteqrasiya edirik.

Daha ətraflı
  • Süni intellekt həlləri
  • Avtomatlaşdırma
  • Ai çatbot
4.

SEO Xidmətləri

Bizim SEO strategiyamız konsultativ və tətbiqi yanaşmaya əsaslanaraq sizin hədəf auditoriyanız və marketinq məqsədlərinizə xidmət edir.

Daha ətraflı
  • SEO
  • SEM
  • Marketing
5.

SMM Xidmətləri

Sosial media platformalarında biz ümumi bir kütlə yerinə sizin məhsullara daha uyğun insanları tapıb reklamınızı onlara çatdırırıq.

Daha ətraflı
  • SMM xidməti
  • Meta reklamları
  • Hədəf kütlə
6.

Branding

Biz müştərilər üçün unikal və yadda qalan brend kimliyi yaradaraq loqo, rəng sistemi və vizual üslub üzərində tam branding həlləri təqdim edirik.

Daha ətraflı
  • Branding
  • Brend kimliyi
  • Vizual kimlik

Biznesiniz üçün

innovativ

rəqəmsal

həllər yaradırıq!

Bizimlə

İş Prosesi

1.

Müraciət və Analiz

Müraciətinizi qəbul edərək layihənizin məqsədlərini, ehtiyaclarını və gözləntilərinizi diqqətlə öyrənirik. Daha sonra biznesinizə uyğun ən doğru yanaşmanı müəyyənləşdiririk.

Bu mərhələ son nəticənin düzgün formalaşması üçün əsas rol oynayır.

2.

Təklif və Planlaşdırma

Layihənin texniki tələblərini, icra mərhələlərini və ümumi iş həcmini müəyyən edirik. Ardınca müddət, büdcə və görüləcək işlər üzrə aydın təklif hazırlayırıq.

Bu yanaşma prosesin şəffaf və sistemli şəkildə idarə olunmasını təmin edir.

3.

Dizayn və İnkişaf

Təsdiqlənmiş konsept əsasında layihənin vizual dizaynını hazırlayır və proqramlaşdırma işlərinə başlayırıq. Hər detalı funksionallıq, istifadəçi təcrübəsi və brend uyğunluğu baxımından diqqətlə işləyirik.

Nəticədə həm estetik, həm də effektiv rəqəmsal həll ortaya çıxır.

4.

Təhvil və Dəstək

Layihə bütün yoxlamalardan keçdikdən sonra istifadəyə verilir və tam şəkildə təqdim olunur. Təhvildən sonra da ehtiyac olduqda texniki dəstək və yeniləmə xidməti göstəririk.

Beləliklə, əməkdaşlığımız layihənin bitməsi ilə deyil, davamlı dəstək ilə davam edir.

Müxtəlif Kod Sistemləri ilə

Veb sayt hazırlanması

  • Laravel
  • WordPress
  • Codeigniter
  • Opencart
  • React
  • Next.js
  • Vue.js

Hər biznesin ehtiyacı fərqlidir və buna görə də bütün layihələr üçün eyni texnologiyadan istifadə etmək düzgün yanaşma deyil. Biz layihənizin məqsədinə, funksionallığına və inkişaf planına uyğun ən doğru kod sistemini seçərək müasir və effektiv veb saytlar hazırlayırıq.

WordPress, OpenCart, Laravel və digər texnologiyalardan istifadə etməklə şirkət saytlarından tutmuş onlayn mağazalara və xüsusi hazırlanmış biznes sistemlərinə qədər müxtəlif layihələr həyata keçiririk. Sadə və sürətli idarəetmə tələb olunan layihələr üçün CMS platformaları, daha kompleks və fərdi funksionallıq tələb edən sistemlər üçün isə custom development və Laravel kimi texnologiyalar tətbiq olunur.

Bizim üçün əsas məqsəd yalnız işləyən bir sayt hazırlamaq deyil. Saytın sürətli, təhlükəsiz, mobil cihazlara uyğun, istifadəsi rahat və gələcəkdə asanlıqla inkişaf etdirilə bilən olması da eyni dərəcədə vacibdir. Layihənin əvvəlindən etibarən düzgün texnologiya seçərək həm artıq xərc və vaxt itkisinin qarşısını alır, həm də biznesinizin gələcək inkişafına uyğun möhkəm texniki baza yaradırıq.

İstər yeni bir şirkət saytı, istər e-commerce platforması, istərsə də xüsusi funksiyalara malik veb sistemə ehtiyacınız olsun, layihəniz üçün uyğun həlli birlikdə müəyyənləşdiririk və onu peşəkar şəkildə həyata keçiririk.

Sayt Hazırlanmasının

İş Prinsipi

Veb saytların hazırlanması müştərinin bizimlə əlaqə saxlayaraq tələblərini bildirməsi ilə başlayır və layihənin məqsədləri, funksionallıqları və texniki detalları ətraflı şəkildə müzakirə olunur. Bu mərhələdə müştərinin əsas gözləntisi həm qiymət, həm də layihənin peşəkar şəkildə icra olunacağına olan etibardır. Daha sonra layihəyə uyğun texniki tapşırıq hazırlanır və sistemin mürəkkəbliyi, seçilən texnologiyalar və iş həcminə əsasən qiymət formalaşdırılır. Nəticədə bütün bu proseslərə uyğun olaraq layihə mərhələli şəkildə icra edilir və təhvil verilir.

1.
İnformasiyanın toplanması

Veb sayt hazırlanmasında ilk mərhələ sayt informasiyasının toplanmasıdır. Bu informasiya biznes sahəsində ətraflı məlumatı olan şəxslərin hədəf kütləsi haqda da məlumat əldə etməsindən ibarətdir. Birincisi, ona görə vacibdir ki, biznes haqda ətraflı məlumay hazırlanacaq saytın məlumatları deməkdir. İkincisinin önəmi isə hədəf kütləyə uyğun veb saytda düzəliş edilməsidir. Məsələn, hədəf kütlənin yaşının çox və ya az olması, sayt dizaynının kreativ və ya sadə olmasını müəyyən edə bilər.

2.
Sayt hazırlanması və planlaşdırma

Lazımi informasiyanını toplanmasından sonra sayt açmaq üçün növbəti addım olan saytın planlaşdırılması saytda olacaq informasiyanın düzülüşündən ibarətdir. Bu saytların hazırlanmasının bu mərhələsində sitemap hazırlanması önəmlidir. Mövzuların kateqoriyalaşdırılması və alt kateqoriyalaşdırılması istifadəçi rahatlığını nəzərə alaraq həyata keçiriliməlidir.

3.
Saytların hazırlanmasından əvvəl dizayn

İnformasiyanın çertyoju çəkildikdən sonrakı mərhələ saytın dizaynının hazırlanmasıdır. Veb sayt dizaynı rəsmi, sadə, kreativ, interaktiv və s. formalarda ola bilər. Dizayn şirkətin korporativ stilinə uyğun olmalıdır. Şirkətin loqotipi və korporativ rəngi saytın dizaynı, xüsusən də rənglərini müyyən edir. Bu mərhələdə də biznes forması önəmlidir. Yəni biznesin nədən ibarət olması, nə təklif etməsi sayt hazirlanmasinin vacib nüanslarındandır. Bundan başqa bu etapda da həfə kütləni unutmaq olmaz. Hədəf kütlə haqqında məlumat olması onların hansı üslub naviqasiya sistemində daha yaxşı saytı idarə edə biləcəklərinə dair təsəvvür yaradır.

4.
Web saytlarin hazirlanmasi və kontentin tərtibi

Veb saytın uğurunda keyfiyyətli kontent mühüm rol oynayır. Düzgün hazırlanmış məzmun biznesinizi hədəf auditoriyaya daha aydın çatdırır, etibar yaradır və potensial müştərilərin qərar verməsinə təsir edir. Eyni zamanda zəngin və faydalı kontent SEO göstəricilərini yaxşılaşdırır, istifadəçilərin saytda daha uzun qalmasına və axtarış sistemlərində daha yaxşı nəticələr əldə olunmasına kömək edir.

5.
Kodlaşdırma (saytın hazırlanması)

Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər.

6.
Saytın test edilməsi
Veb sayt hazırlanandan sonra testing mərhələsi onun düzgün və stabil işləməsini yoxlamaq üçün vacibdir. Bu mərhələdə kod sistemləri, funksionallıqlar və saytın müxtəlif brauzerlərdə problemsiz işləməsi test edilir, mümkün “usability” problemləri aşkar olunur. Xüsusilə onlayn ödənişli sistemlərdə bu proses daha kritikdir və belə saytlar istifadəyə verildikdən sonra bir müddət əlavə nəzarətdə saxlanılmalıdır.
7.
Launch (Sayt yaradılması prosesinin sonu)

Bütün yoxlanışlardan sonra veb saytı artıq onlayn etmək mümkünür. Onlayn olan veb saytlar testing mərhələsinin bütün etaplarını keçməlidir. Əks təqdirdə istifadəçilər hər hansı problemlə qarşılaşa bilər və onların neqativ fikirləri şirkətin brendinq fəaliyyətinə güclü zərər verə bilər. Sayt hazirlanmasinin testinq mərhələsi bitdikdən sonra veb sayt web serverə yerləşdirilir və son bir dəfə test edilir. Bundan sonra veb sayt yaradılması prosesi bitmiş sayılır və sayt istifadəçilərin öhdəliyinə verilir.

Veb Saytda

"Usability"-nin Vacibliyi

Veb sayt hazırlanması zamanı önəmli faktorlardan biri də saytın usability-nin düzgün qurulmasıdır. Usability ingilis sözü olub istifadəyə yararlılıq anlamına gəlir. Web texnologiyalarında bu ifadə sayt ziyarətçilərinin saytı rahat istifadə edə bilmə dərəcəsinə deyilir. Bunun üçün sayt hazırlayan şirkətlər dizayna çox önəm verməlidir. Dizaynda kreativlik və sadəliyin vəhdəti olmalıdır.

Adətən, web sayt hazirlanmasi zamanı slayder cəlbedici şəkil ilə kiçik tekstlər yazılır. Bu mətnlər müştəriyə sayt sahibinin mesajını ötürür. Slayderin mahiyəti ondan ibarətdir ki, istifadəçini yormadan ona istənilən məlumat verilə bilsin.

1.
Ana səhifə strukturu və istifadəçi təcrübəsi

Ana səhifənin ilk görünən hissəsində uzun mətnlər istifadəçini yorur, buna görə qısa mətn və vizual elementlər daha effektivdir. Şəkil və qısa izahlar istifadəçiyə saytı və biznesi saniyələr içində anlamağa kömək edir. Daha sonra xidmətlərə keçid və qısa təqdimatlar ilə yönləndirmə təmin olunur.

2.
Xidmət təqdimatı və etibar formalaşdırma

Xidmətlər bölməsində hər xidmət qısa şəkildə ikonlar və izahlarla təqdim edilə bilər. Ardınca şirkət haqqında məlumat, təcrübə və inkişaf istiqamətləri verilir. Daha sonra görülmüş işlər və əməkdaşlıqlar göstərilərək istifadəçidə etibar formalaşdırılır.

3.
Funksionallıq, sadəlik və performans

Saytın funksionallığının stabil işləməsi istifadəçi təcrübəsi üçün kritik əhəmiyyət daşıyır. Zəif işləyən sistemlər, xüsusilə ödəniş və digər interaktiv funksiyalar, istifadəçinin saytı tərk etməsinə səbəb ola bilər. Eyni zamanda məlumatın sadəliyi və saytın yüksək sürəti həm istifadəçi məmnuniyyətini, həm də konversiyanı artırır.

Veb Sayt

hazırlanması zamanı vacib nüanslar

1.
İlkin analiz və məlumatların toplanması

Veb saytın hazırlanması prosesində ilk mərhələ bütün məzmun və məlumatların toplanmasıdır. Bu mərhələ dizayn və funksionallığın düzgün formalaşmasına birbaşa təsir edir. Eyni zamanda hədəf auditoriya və təqdim olunacaq məhsul/xidmət aydın şəkildə müəyyən edilməlidir.

2.
Kontent və dizaynın auditoriyaya uyğunlaşdırılması

Toplanan məlumatlar əsasında saytın dizaynı və kontent yazı tərzi formalaşdırılır. İstifadəçi auditoriyasının yaşı, dili və qərarvermə davranışı nəzərə alınaraq daha effektiv struktur qurulur. Daha mürəkkəb məhsullar üçün ətraflı məlumat, sadə məhsullar üçün isə qısa və aydın təqdimat daha uyğundur.

3.
Təcrübə və implementasiya yanaşması

Layihə üzərində işləyən veb studiya bu prinsipləri ya birbaşa tətbiq etməli, ya da müştəriyə düzgün istiqamət verməlidir. Xüsusilə Laravel kimi güclü texnologiyalarla hazırlanmış saytlar bu yanaşmanı daha çevik şəkildə həyata keçirməyə imkan verir. Nəticədə həm istifadəçi təcrübəsi, həm də satış effektivliyi artır.